Camalın təl’əti gülzara bənzər,Dodağın şərbəti xunxara bənzər.

Nəimin bağıdır gülzari-vəehin,Əgər odlu üzün gülnara bənzər.

Tamaşayi-camalın qulhüvəllah,Üzündən qılmayan hüccara bənzər.

Yanağın cənnətin xəndan gülüdür,Vəli nərgislərin əyyara bənzər.

Vücudun Misri-came’dir, saçın Şam,Xorasanü Əcəm, Bulqara bənzər.

Mənəm əxtər bu Misrü Şam içində,Kəvakib türrəsi timara bənzər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsiminin vücudu, ya Məhəmməd,Anadır daima iqrara bənzər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar