Camalın rövzeyi-rizvan deyilmi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Camalın rövzeyi-rizvan deyilmi?Dodağın çeşmeyi-heyvan deyilmi?
Səqahüm rəbbihüm xəmri ləbindən,Bəyanü ayəti-Qur’an deyilmi?
Rüxü zülfün bəyaz ilə səvadı,Biri küfrü biri iman deyilmi?
Sənin məstanə eynin sağərindənCahan sərtasəri məstan deyilmi?
Şəha, eşqin yolunda canı qurbanBuyursan, qılmağı asan deyilmi?
Dili-sərgəşteyi, sultani-aləm,Səninçün ta əbəd heyran deyilmi?
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi kəşfi-əsrarını bildi,Anı fəhm etməyən nadan deyilmi?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-camalin-rovzeyi-rizvan-deyilmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey əlləzi-yüvəsvis, taətlərin həbadır,Əgri yolun zəlalət, çürük sözün xətadır.
Ey əzəli can ilə cananımızEy əzəli can ilə cananımız!Eşqi-rüxündür əbədi şanımız.
Ey müsəlmanlar, mədəd, ol yar pünhan ayrılırEy müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ey nəsimi-sübhdəm, billah, şu yarım xoşmudurEy nəsimi-sübhdəm, billah, şu yarım xoşmudur?Şol həbibim, dilbərim, aləmdə varım xoşmudur?
Başqa şairlərin şeirləri · Eşq
Hərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Bənzərəm bülbülə gülzari-Vətəndə, gülə sənBənzərəm bülbülə gülzari-Vətəndə, gülə sən,Mən əgər ağlasam eşqində, gərək sən güləsən!
Aylar, illər həsrətini çəkərdimAylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.