Ey əzəli can ilə cananımız!Eşqi-rüxündür əbədi şanımız.

Kə’bə üzündə bizə, ey Fəzli-həq,Zülfü rüxün qibləvü imanımız.

Vəchinə yazdı otuz iki hüruf,Hikmət ilə münşiyi-ərkanımız.

Surəti çün əhsəni-təqvim imiş,Səndə zühur eylədi sübhanımız.

"Səvvərəkəllahü əla şəklihi"Üştə nəbinin sözü bürhanımız.

Mö’minə həq dünyanı zindan dedi,Möminə çox qalmaya zindanımız.

Uymadı arif sözünə vaizin,Divə müti’ olmadı insanımız.

Əvvəlü axırda üzündür, üzün,Sün’i-xuda, qüdrəti-yəzdanımız.

Kim ki, sücud eyləmədi hüsnünə,Divi-lə’in olduvü şeytanımız.

Can necə tərk eyləsin, ey can, səni,Çünki canın canısan, ey canımız!

Pərdə üzündən götür, ey surətinFəzli-ilahi ilə rəhmanımız.

Eynimə sənsiz tikan oldu cahan,Qandasan, ey tazə gülüstanımız?

Ta biləsən kim, necədir, ey fəqih,Adəmi-xaki ilə ehsanımız.

Hüdhüdü Bilqeysə rəsul eylədi,Naməni göndərdi Süleymanımız.

Məqtə — şairin təxəllüsü olan son beyt. Cövr ilə yandırdı Nəsimiyi dust,Həm bu idi dust ilə peymanımız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq