Bənzərəm bülbülə gülzari-Vətəndə, gülə sən
Bənzərəm bülbülə gülzari-Vətəndə, gülə sən,Mən əgər ağlasam eşqində, gərək sən güləsən!
Nə qədər cövr eləsən, inciyən olmaz səndən,Eşqi vardır sənə xəlqin, gözəlim, qarəgiləsən.
Qısqanırlar sənə, ardınca güdürlər gecələr,Gözlə ki, düşməyəsən boş yerə dildən-dilə sən!
Yaşının azlığına baxma, kəmalın çoxdur,Az zamanda gələcəksən, gözəlim, hasilə sən.
Naz ilə yol-yerişin, sadəliyin xoşma gəlir,Bir cəhət var ki, yaraşmır sənə – kəmhövsələsən.
Ləlü gövhər sən olan yerdə düşər qiymətdən,O gümüş gərdəninə düzmə qızıldan hilə sən.
Vahidin dəhrdə divaneyi-eşq olmağına,Etmə zülfün üzə zəncir kimi silsilə sən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-benzerem-bulbule-gulzari-vetende-gule-sen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xublar söhbəti üşşaqə cəfamış, nə bilim!Ülfət etmək bu gözəllərlə xətamış, nə bilim!
Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bülbülasa imiş əfqan olacaqmış, nə bilim!
Vurma o qarə tellərinə şanə, sevgilimVurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.
Könlümü etmiş cəmalın şövqü heyran, sevgilimKönlümü etmiş cəmalın şövqü heyran, sevgilim,Yox bəşərdə sən kimi istəkli canan, sevgilim.