Razıyam, sevgilim, hər gün mənə min naz edəsən
Razıyam, sevgilim, hər gün mənə min naz edəsən,Özgələrtək məni də lütflə dəmsaz edəsən.
Meylim artır sənə cövrün mənə olduqca füzun,Qorxuram, cövrünü lütf ilə mənə az edəsən.
Ötmə kəklik kimi min naz ilə əlvan geyinib,Bizim ətrafa da, olımazmı ki, pərvaz edəsən?
Bir özün fikr elə, insaf deyildir, gözəlim,Gizli öz sirrimizə özgəni həmraz edəsən.
Gülməsinlər bizə biganələr, ağlatma məni,Yıxdığın aşiqi olmazmı sərəfraz edəsən.
Vahid, istərsən əgər eşqdə, məşhur olasan,Sən gərək ah ilə Məcnun deyə avaz edəsən!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-raziyam-sevgilim-her-gun-mene-min-naz-edesen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül, inanma o şuxə, vəfası yoxdur onun,Həqiqi məhrəm olan aşinası yoxdur onun.
Mən mailəm ol yarə, bəs indi necə olsun?Mən mailəm ol yarə, bəs indi necə olsun?Qoymuş məni avarə, bəs indi necə olsun?
Yenə yetişdi əlim vəsli-yarə, eşq olsunYenə yetişdi əlim vəsli-yarə, eşq olsunKi, həsrət olmadım ol gülüzarə, eşq osun!
Gözəl, müşkül sənintək bir nəfər sahibcamal olsunGözəl, müşkül sənintək bir nəfər sahibcamal olsun,Yəqin ki, bu qara gözlər belə xətt ilə xal olsun.
Başqa şairlərin şeirləri · Eşq
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.