Könül, inanma o şuxə, vəfası yoxdur onun
Könül, inanma o şuxə, vəfası yoxdur onun,Həqiqi məhrəm olan aşinası yoxdur onun.
Mənim təranəmə bülbül çəməndə həsrətdir,Mənimtək eşqdə şurü nəvası yoxdur onun.
Mən indi ki varam aləmdə, ölməyib Məcnun,O yoxsa da, deməyin, əğrəbası yoxdur onun.
Fələkdən ummaq əbəsdir ümidi-zövqi-həyat,Binası qüssəvü qəmdir, səfası yoxdur onun.
Təbiət aşiqidir öz yaratdığı gözəlin,Şüursuzdur əzəldən, zəkası yoxdur onun.
Əsiri-zülfi-nigar olmayan deyil aşiq,Başında eşqü məhəbbət həvası yoxdur onun.
Bütün gözəllərədir Vahidin bil ixlası,Gözəldən özgə şeyə ixtisası yoxdur onun.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-konul-inanma-o-suxe-vefasi-yoxdur-onun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərab ola, mən olam, bir də nazlı dilbər ola,Bir özgə aləmi vardır, əgər müyəssər ola.
İstərəm mən o gülü, öz güli-xəndanım olaİstərəm mən o gülü, öz güli-xəndanım ola,O da öz könlünü versin mənə, cananım ola.
Yüzlərcə xəlq içində əgər əhli-naz olaYüzlərcə xəlq içində əgər əhli-naz ola,Mümkün deyil ki, sən kimi bir sərvnaz ola.
Bir səbəb yox, demə, rüsvayi-cahan olmağımaBir səbəb yox, demə, rüsvayi-cahan olmağıma,Qönçə ağzın kimi xəlq içrə nihan olmağıma.
Başqa şairlərin şeirləri · Eşq
Şükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.