Şərab ola, mən olam, bir də nazlı dilbər ola
Şərab ola, mən olam, bir də nazlı dilbər ola,Bir özgə aləmi vardır, əgər müyəssər ola.
Səfayi-məclisi-mey min behiştdən artıqdır,Bir əldə gül tuta canan, bir əldə sağər ola.
Olanda məst, aça zülfün nigar, nəşəsi var,Ümumə zövq verə bəzmi-mey, müəttər ola.
Büsati-badədə hal əhlinin fədası olum,Şərabı qal ilə içmə, əgər peyəmbər ola.
Əsiri-zülfünəm, ey şux, gəl acıqlanma mənə,Əsirə hörmət edərlər, əgərçi kafər ola.
Nə Leyli sən kimi olmuş, nə mən kimi Məcnun,Nəkarədir gəlib onlar bizə bərabər ola?!
Görəndə, Vahid, üzün yarımın, əsir könlüm,Nə növ sakit olum: od ola, səməndər ola?!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-serab-ola-men-olam-bir-de-nazli-dilber-ola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəllər, mahpeykərlər könüllər qan edənlərdir,Cəfa rəsmində bu bimehrlər tüğyan edənlərdir.
Həyata zövq verən sevgidir, məhəbbətdirHəyata zövq verən sevgidir, məhəbbətdir,Məhəbbət hər kəs üçün ən böyük səadətdir!
Sənin gözəlliyin, ey gül, bütün məlahətdirSənin gözəlliyin, ey gül, bütün məlahətdir,Bu hüsn səndə ikən ən böyük səadətdir.
Hərdən kim, naz edir mənə canan, xoşum gəlirHərdən kim, naz edir mənə canan, xoşum gəlir,Naz eylədikcə könlüm olur qan, xoşum gəlir.
Başqa şairlərin şeirləri · Eşq
Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
İnamQoru eşqimizi, böhtandan qoru,Məhəbbət bulaqsa, böhtan da lildir.
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.
MəhəbbətimizÖz doğma ananın gözlərinə baxSən görmək istəsən kədər rəngini.