Dindir məni hərdən, gözəlim, fürsət olanda
Dindir məni hərdən, gözəlim, fürsət olanda,Vəslin bizə bir an, nə olar, qismət olanda?
Bax gör, məni zülfün nə pərişanlığa saldı,Bir gün açaram dərdimi cəmiyyət olanda.
Yüzlərcə cəfa etsən, unutmaz səni könlüm,Fikrimdəsən, ey gül, yenə hər söhbət olanda.
Biganə əgər olmasa, tez vəslə yetərdik,Kim xeyr görüb düşməni kəmfürsət olanda?
Zülfün ki, tutub ruyini, çox qorxuram ondan,Aləm toxunar bir-birinə zülmət olanda.
Könlüm necə sənsiz, gözəlim, naləsiz olsun,Bülbül dayanarmı gülünə həsrət olanda?
Vahid, hələ qarşında böyük bir gələcək var,Dünya bizə ləzzət verəcək cənnət olanda!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-dindir-meni-herden-gozelim-furset-olanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
Tale mənə yar olmasa, mən neyləyə billəm?Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Salan nəzərdən o çeşmi-xumarı mən özüməm.
Mən həmişə yarımın zülfün pərişan istərəmMən həmişə yarımın zülfün pərişan istərəm,Ağ üzündə qara xalın, çünki pünhan istərəm.