Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!
Dəyişmişəm, gözəlim, indi sən deyən deyiləm!Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.
Mənimlə qaş-göz atırsan, gəzirsən özgəylə,Bu rəngi gəlmə mənə, şivə-zad yeyən deyiləm.
Çəkibdir ətrini biganə qönçəlikdə sənin,Sən indi gültək açılsan da, iyləyən deyiləm.
Məni şirin dil ilə bəs deyilmi aldatdın?Zəmanə görmüşəm, axır, iməkləyən deyiləm.
Əgər öləndə həyatım sənin əlində ola,Düşüb qədəmlərinə minnət eyləyən deyiləm.
Özüm də Vahidəm, aləm bilir dəyanətimi.Sənin kimi gedib əğyarə baş əyən deyiləm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-deyismisem-gozelim-indi-sen-deyen-deyilem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləm deyir, istəklin əcəb nazlı mələkdir,Hər şivəsi min hiylədir, hər nazı kələkdir.
Hər aşiqə öz istədyi yarı gözəldirHər aşiqə öz istədyi yarı gözəldir,Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
Könlüm sənə pabəstədir, ey şux, bir ildirKönlüm sənə pabəstədir, ey şux, bir ildir,Nə öldürür eşqin məni axır, nə dirildir.
Xəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdirXəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdir,Mənə əbrulərin mehrabi-məsciddən müqəddəmdir.