Xəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdir,Mənə əbrulərin mehrabi-məsciddən müqəddəmdir.

Düşübdür atəşi-rüxsarın üzrə zülfi-pürçininKi, guya gənci-hüsn üstə yatıb şahmari-ərqəmdir.

Məni gah öldürür nazın, dirildir gah göftarın,Məgər İsəbni-Məryəmsən, nigarım, bu nə aləmdir!

Görüb ləli-ləbin, mey şişəsin sındırdı saqilər,Neçün? Eşq əhlinə ləli-ləbin meydən mükərrəmdir?

Bu hüsnlə, nigarım, sən mələksən, ya pəriçöhrə?!Ona adəm demək olmaz, sənə der ki, bu adəmdir.

Məni hicran oduna yandırıb gəl etmə xakistər,Fəraqin atəşi eşq əhlinə nari-cəhənnəmdir

Salıbsan Vahidi kuyində ayrı, bilməzəm vəchin,Vəli biganələr, məndən səva, ol bəzmə məhrəmdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq