Mən həmişə yarımın zülfün pərişan istərəm,Ağ üzündə qara xalın, çünki pünhan istərəm.

İstərəm, zülfü üzünə düşsün, olsun sayəban,Görməsin əğyari-bədxu, ruyi-canan, istərəm.

Dur kənarimdə, nigara, qıl tamaşa aşiqə,Bir mərizü biəlacam, dərdə dərman istərəm.

Zahidi-kəməqlə bax, vəsf eyləyir qılmanü hur,Neylərəm qılmanü huri, vəsli-xuban istərəm.

Vahida, yoxdu sənin tək xar olan əyyamdə,İndi ki, yoxdu əlacın, söylə hicran istərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq