Nə eybi var, gözəlim, hər nə eyləsən dözərəm,Yolunda həsrət ilə eşq çöllərin gəzərəm.

Bu qanlı çeşmim ilə hicr dağı sinəmdə,Çəmən çiçəklərini lalələr kimi bəzərəm.

Rəqiblər deyil, öz bəxtimiz ayırdı bizi,Düşüncəsiz deyiləm, incə mətləbi sezərəm.

Cahanı boğsa da tufan, məni o qorxutmaz,Nə növ cuş eləsə eşq dalğası, üzərəm.

İnanma, Vahid, o şuxə, vəfası yoxdur onun,Mələk də olsa, mən ondan ümid əlim üzərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq