Gördüm əğyar ilə, ey gül, səni, heyran qaldım
Gördüm əğyar ilə, ey gül, səni, heyran qaldım,Gözlərin fikrini etdikcə, pərişan qaldım.
Oldular özgələr eşqində bütün xatircəm,Bircə mən həsrəti-zülfünlə nigaran qaldım.
Kamə yetdi çəməni-vəslin ilə biganə,Yenə mən bülbüli-şeyda kimi nalan qaldım.
Şəmi-rüxsarın odu eylədi pərvanə məni,Gecələr sübhədək atəşlərə suzan qaldım.
Şadəm ondan-hələ bir dinə müqəyyəd deyiləm,Mən bu aləmdə nə kafər, nə müsəlman qaldım.
Sevdiyim dilbərə hər barədə sadiq çıxdım,Doğruluqla vətənə, xalqa nigəhban qaldım.
Eşqə sərf eyləmişəm, hər nə mətaim var idi,İndi tən eyləmə, Vahid, niyə üryan qaldım.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gordum-egyar-ile-ey-gul-seni-heyran-qaldim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən zülfünü aç, tök üzünə, şanəsi məndən,Zənciri nişan ver mənə, divanəsi məndən.
Fələk büküb belimi, intiqam alır məndənFələk büküb belimi, intiqam alır məndən,Ədunu gör ki, bu halətlə kam alır məndən.
Fələk istər sala daim məni, ey məh, cüda səndənFələk istər sala daim məni, ey məh, cüda səndən,Olurmu, çəksin əl aşiq, söylə, ey məhliqa, səndən?
Ruxun göstərsə ol məhvəş əgər ziri-niqabindənRuxun göstərsə ol məhvəş əgər ziri-niqabindən,Yəqin ki, döndərər üz göydə fələk öz afitabindən.