“Yarımı bağçada qəm-qüssəyə batmış sandım
“Yarımı bağçada qəm-qüssəyə batmış sandım,Xəbər aldım ki, nə var, dinmədi, yatmış sandım”.
Sinəsində nəzərim dəydi iki qönçə gülə,Tər şəmamə yetişib, baş-başa çatmış sandım.
Mən gördükdə qızarmışdı üzü lalə kimi,Dişləyib gül üzünü özgə qızartmış sandım.
Elə bir naz ilə oynatdı kəc əbrulərini,İki hindubeçə şəmşirə əl atmış sandım.
Əmdim ol ləli-ləbindən, demə, öz rəngi imiş,Saxta bir rənglə əvvəlcə boyatmış sandım.
Vahidəm, yar mənimdir, mən onun, xalqa nə var,Özüm əğyarə onu ülfəti qatmış sandım.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yarimi-bagcada-qem-qusseye-batmis-sandim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gül incədirsə, sən, gözəlim, güldən incəsən,İncə nəzakətin qədər incə düşüncəsən.
Əhd qıldın, gözəlim, könlümü xəndan edəsənƏhd qıldın, gözəlim, könlümü xəndan edəsən,Lalətək bağrını biganələrin qan edəsən.
Razıyam, sevgilim, hər gün mənə min naz edəsənRazıyam, sevgilim, hər gün mənə min naz edəsən,Özgələrtək məni də lütflə dəmsaz edəsən.
Bənzərəm bülbülə gülzari-Vətəndə, gülə sənBənzərəm bülbülə gülzari-Vətəndə, gülə sən,Mən əgər ağlasam eşqində, gərək sən güləsən!
Başqa şairlərin şeirləri · Eşq
– Neçin pəncərəmi döydün, ey külək?– Odur bax, yar gəlir... Çiynində örpək!
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,