Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.
Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Salan nəzərdən o çeşmi-xumarı mən özüməm.
Zaman olur, gülə bülbül də bivəfalıq edir,Rəqibə mail edən ol nigarı mən özüməm.
O nazənin gözələ çox cəfalar eyləmişəm,Sevimli dilbərimin zülmkarı mən özüməm.
Mən olmasam, o gül əğyarə etina eləməz,Ona verən belə bir ixtiyarı mən özüməm.
Vüsali-dilbərə can nəqdin etsələr qiymət,O nazənin gözəlin cannisarı mən özüməm.
Bizim zəmanədə Yusif çəkilsə bazarə,Onun birinci xiridarı mən özüməm.
Gedibsə torpağa Məcnun, yerində indi onunQalan o türbəti-məzarı mən özüməm.
Gülüzlü nazlı gözəllərlə xoş keçib ömrüm,Elin sevimlisi, ən bəxtiyarı mən özüməm.
Ümum aləmə sülhün sədası zövq verir,Qalan zəmanədə ol atəşin şərarı mən özüməm.
Deyirdim, əhli-qələm, Vahid, əfv edərsə məni,Böyük Füzulimizin yadigarı mən özüməm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-vefasiz-eyleyen-ol-nazli-yari-men-ozumem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qətlim üçün xəncərin çəkmiş o xəm əbru gəlir,Salmağa əfsunə dil ol dilbəri-cadu gəlir.
Nə dərdi vardı könlün, nazlı yarə indi deyirNə dərdi vardı könlün, nazlı yarə indi deyir,Deməzdi sirrini ol gülüzarə, indi deyir.
Billahi, vəfasız demək ol şuxə cəfadırBillahi, vəfasız demək ol şuxə cəfadır,Yüz dəfə cəfa qılsa mənə, eyni vəfadır!
Ey könül, eşq aləmin seyr et, bu aləm başqadırEy könül, eşq aləmin seyr et, bu aləm başqadırKim, bu aləmdə məsərrət başqa, matəm başqadır!
Başqa şairlərin şeirləri · Eşq
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
A bivəfaA bivəfa, a bimürvət, nainsaf,Keçən günlər heç yadına gəlməzmi?!