A bivəfa
A bivəfa, a bimürvət, nainsaf,Keçən günlər heç yadına gəlməzmi?!Yoxsa unudubsan əhd-peymanı,Leyli Məcnununu yada salmazmı?!
Ayrılıq bizlərə oldu müqərrəm,Hicrandan ciyərim bağladı vərəm.Quldan xəta gələr, ağadan kərəm,Məşuq aşiqinə kərəm qılmazmı?!
Ələsgərəm, düşdüm eldən avara,Axtardım, dərdimə olmadı çara.Bir iyidin əli yetməsə yara,Qocalıb, başına küllər olmazmı?!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-a-bivefa
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm
Demişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
İki qəzəlHörmətli şairimiz Süleyman Rüstəmə*I
Naləvü-əfğan eyləDəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.