Ağa
Dar günümdə yetiş dada,Ya Şahi-Mərdan ağa!Nitq ver, meydan içindəQoyma sərgərdan, ağa!Həm Əlisən, həm Vəlisən,Həm səxisən, həm səxa,Həmi dildə zikrim sənsən,Həmi əzbərdən, ağa!
Can fəda qıllam yolunda,Ya Əmir əl-möminan!Tutdun Rəsulun irahın,Xatəmin aldın nişan.Yunisə munis olub,Nuha oldun kəştiban;Xızırla irfana girdin,Sirrini etdin nihan;Nuri-pakın zülmatıGöstərdi yerdən, ağa!
Günahkar, kəmtər qulunam,Qəbul eylə duamı!Zahir sənsən, batin sənsən,Dü cahanın imamı.Yet dada, Şahi-Qəşəmşəm,Darda qoyma islamı!Təbdil olub fani dünya,Kəc dolanır nizamı;Mərd iyidi xilas eyləBöhtandan, şərdən, ağa!
Möminlərin pənahısan,Aləmlərin sərvəri.Fəth etdin Büllur-Əzəmi,Neçə tilisimləri.Əntərə zərbət vurandaLərzə saldın yerləri;Ol xudadan əmr olundu,Cəbrayıl tutdu pəri,Şəninə "afərin", "əhsən!"Gəldi göylərdən, ağa!
Səmimə bir səda yetdi,Bu xəbərdən qorxuram;Əndamıma lərzə düşüb,Yerbəyerdən qorxuram;Sağ dəstimdə xeyir əməlim,Solda şərdən qorxuram;Həmi sindən, həm Siratdan,Həm məhşərdən qorxuram;Kəsmə zərrə iltifatınQul Ələsgərdən, ağa!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-aga
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Hayıf olduİsmi pünhan köçdü fani dünyadan,Qarışdı torpağa, göz hayıf oldu.
Oğlum üçünMələkim, yavrucuğum, şükr edirəm Allaha,Rəhm edib sən kimi nemət mənə əhsan etdi.
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.