Mələkim, yavrucuğum, şükr edirəm Allaha,Rəhm edib sən kimi nemət mənə əhsan etdi.Qılaram səcdə müdam icz ilə ol dərgaha –Ki, həyatınla bu gün könlümü xəndan etdi.Mən səninlə sevərəm ömrü, həyatı, canı,Mən səninlə görürəm indi geniş dünyanı.

Səni çoxdan arayıb həsrət ilə bəklərdim,Sənsiz afaq qaranlıq görünürdü gözümə.Səndən ötrü çox uzun illər idi inlərdim,Qəmlərim yox oluyor, sən gülər ikən üzümə.Mən səninlə sevərəm ömrü, həyatı, canı,Mən səninlə görürəm indi geniş dünyanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri