Küçə uşağı
Görsəm çamırlı bir küçədə oynayır haçaq,Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq,Adət edib söyüşməyi, daim savaşmağı,İt qovmağı, daş atmağı, xalqa sataşmağı,Əxlaqı pozuğ, adəti pis, pasibani yox,Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq,Sən sevgili vətənciyimin gül fidanısan,Sən bir gözəlcə qönçəsən, amma yabanısan.Zənnim budur, dilənçilik eylər anan sənin,Zindanlar içrə can çürüdür həm atan sənin.Sən gözləmirmisən yaşamaqdan çox il hələ?Zülmətli yollar içrə gəzirsən neçün belə?Yavrum, quzum, bahari-həyatın nə cür olar?Çapqınçılıq, səfahətü fisqü fücur olar.Kəsbin yox, üsrət ilə keçər çox məişətin,Bilməm ki, fəhləlikdə yetər vəqti-rehlətin,Ya xəstəxanə içrə, ya küncündə zindanın,Yainki dəzgahlar dalısında çıxar canın?Ox, yavrum, anlasaydı bu gün millətin sənin,Bilsəydi layiqincə əgər qiymətin sənin,Can tək basardı bağrına, eylərdi tərbiyət,Olmazdı razı puç olasan böylə bicəhət.Əsbabi-fəxr olmuş ikən sən də millətə,Min dürlü faidə yetirərdin cəmaətə.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-kuce-usagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
İtaliyaDeyirlər daha qorxur Allahından İtalya,Keçir indi türklərin günahından İtalya.
“Kəlniyət”ə məxsus ədəbiyyat“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
Başqa şairlərin şeirləri · Vətən
Sən ey elm qapısı, nizam ocağı,Bəd gözün gen olsun səndən ayağı!
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Rəhgüzari-məxluqatda bir möhtaci-məsarifEy dərbədər gəzib ürəyi qan olan çocuq!Bir löqmə nan üçün gözü giryan olan çocuq!
YaşadımSadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.