Dedi bir gün qarışqaya milçək:..Sən zirəksən və ya ki, mən zirək?Hara mən istəsəm uçub gedərəm,Özümə hər yeri yuva edərəm.Hər xörək üstünə qonub yeyərəm,Səndən artıq hünərliyəm deyərəm.Məni hərgah ki, qovsalar, qaçaram,Uçmağa onda qol-qanad açaram.Qanadım vermiş ixtiyar mənə,Yoxdur əsla qəmim, nə var mənə?Xörəyimdir həmişə amadə,Kim yaşar mən kimi bu dünyadə?Xabgahım hərirü dibadır,Mənzilim bəzmi-şahü paşadır.Yoxdur əsla nə hörmətin, nə yerin,Söylə, aya, nədir sənin hünərin?Dedi qarışqa: – Kəs daha sözünü,Bəsdir, az tərif eylə öz-özünü.Yay günü yığmayanda mayətac,Qış olanda, odur, qalarsan ac,Çəkərəm yayda mən əgərçi cəfa,Sürərəm qış zamanı leyk səfa.İşdən ötrü ki, getmədi tənbəl,İşinin axırı olar əngəl.Çəksə hər kim ki, bir qədər zəhmət,Olar, əlbəttə, aqibət rahət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri