Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!Necə qan olmasın sınıq könlüm?Səni çox tez ayırdı bizdən ölüm!Yox, yox, əsla sən ölmədin, dirisən,Ən böyük qəhrəmanların birisən.Qələminlə, dilinlə, halın ilə,Köhnələnməz şirin məqalın ilə,Süngülər açmayan yolu açdın,Qələmindən cəvahirat saçdın.Zülmü, cəhli, təəssübü yıxdın,Ucalıb ərşi-davərə çıxdın.Çəkdin islam yolunda çox zəhmət,Sən özünçün yaşamadın heç vəqt.Ağladın millət üçün illərlə,Acı gülməklə, dadlı dillərlə.Göstərib çareyi-nicatımızı,Nəzm qıldın nəvaqisatımızı.Sevə-sevə bizə oxutdurdun,Xeyli bidətləri unutdurdun.Heyif kim, vermədi sənə qiymət,Qəlbdən aşiq olduğun millət.Artdı gündən-günə qəmü-kədərin,Şişdi, axır vərəmlədi cigərin.Kədərin toplanıb qübar oldu.Nazənin cisminə məzar oldu.Uyu rahət hüzuri-vicdanla,Mən də ayati-paki-QuranlaSənə təzim edib səlam edərəm,Daima ərzi-ehtiram edərəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri