برق اولمادی ” قیزیم گئجه یاندیردی لاله نیپروانه نین ” اودم ده باخیر دیم اداسینه

Bərq olmadı, qızım gecə yandırdı laləniPərvanənin odumda baxırdım ədasına

گؤردوم طواف کعبه ده یاندیقجا یالواریرسؤیلور : دؤزوم نه قدر بو عشقین جفاسینه ؟

Gördüm təvafi-Kəbədə yandıqca yalvarırSöylər: Dözüm nə qədər bu eşqin cəfasına?

یا بو حجاب شیشه نی قالدیرکی صاورولومیا سوندوروب بو فتنه نی ” باتما عزاسینه !

Ya bu hicab şüşəni qaldır ki, savrulumYa söndürüb bu fitnəni, batma əzasına!

باخدیم کی شمع سؤیله دی : ای عشقه مدعی !عاشق هاچان اولوب یئته اؤز مدعا سینه ؟

Baxdım ki, şam söylədi: Ey eşqə müddəi!Aşiq haçan olub yetə öz müddəasına?

بیر یار مه لقادی بیزی بئیله یاندیرانصبر ائیله یاندیران دا چاتار اؤز جزاسینه “

Bir yar məhləqadı bizi belə yandıranSəbr elə, yandıran da çatar öz cəzasına

اما بو عشقی آتشی عرشیدی ” جاندادیرقوی یاندیریب خودینی یئتیرسین خداسینه

Amma bu eşqin atəşi ərşidi, candadırQoy yandırıb xudunu yetirsin xudasına

Əsl mətnGanjoor (yeni pəncərədə açılır)

QeydLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Tərcümə təklif edin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq