تورکون دیلی تک سئوگیلی ایسته کلی دیل اولمازاؤزگه دیله قاتسان بو اصیل دیل اصیل اولماز

Türkün dili tək sevgili, istəkli dil olmazÖzgə dilə qatsan bu əsil dil əsil olmaz

اؤز شعرینی فارسا – عربه قاتماسا شاعیرشعری اوخویانلار ، ائشیدنلر کسیل اولماز

Öz şeirini farsa – ərəbə qatmasa şairŞeiri oxuyanlar, eşidənlər kəsil olmaz

فارس شاعری چوخ سؤزلرینی بیزدن آپارمیش« صابیر » کیمی بیر سفره لی شاعیر پخیل اولماز

Fars şairi çox sözlərini bizdən aparmış«Sabir» kimi bir süfrəli şair paxıl olmaz

تورکون مثلی ، فولکلوری دونیادا تک دیرخان یورقانی ، کند ایچره مثل دیر ، میتیل اولماز

Türkün məsəli, folkloru dünyada təkdirXan yorğanı, kənd içrə məsəldir, mitil olmaz

آذر قوشونو ، قیصر رومی اسیر ائتمیشکسری سؤزودور بیر بئله تاریخ ناغیل اولماز

Azər qoşunu, Qeysər Rumu əsir etmişKəsra sözüdür, bir belə tarix nağıl olmaz

پیشمیش کیمی شعرین ده گرک داد دوزو اولسونکند اهلی بیلرلر کی دوشابسیز خشیل اولماز

Bişmiş kimi şeirin də gərək dad duzu olsunKənd əhli bilərlər ki, düşabsız xəşil olmaz

سؤزلرده جواهیر کیمی دیر ، اصلی بدلدنتشخیص وئره ن اولسا بو قدر زیر – زیبیل اولماز

Sözlərdə cəvahir kimidir, əsli bədəldənTəşxis verən olsa bu qədər zir-zibil olmaz

شاعیر اولابیلمزسن ، آنان دوغماسا شاعیرمیس سن ، آبالام ، هر ساری کؤینک قییزیل اولماز

Şair ola bilməzsən, ana doğmasa şairMis sən, abalam, hər sarı köynək qızıl olmaz

چوخ قیسسا بوی اولسان اولیسان جین کیمی شئیطانچوخ دا اوزون اولما ، کی اوزوندا عاغیل اولماز

Çox qısa boy olsan olasan cin kimi şeytanÇox da uzun olma, ki uzunda ağıl olmaz

مندن ده نه ظالیم چیخار ، اوغلوم ، نه قیصاص چیبیر دفعه بونی قان کی ایپکدن قیزیل اولماز

Məndən də nə zalım çıxar, oğlum, nə qisasçıBir dəfə bunu qan ki, ipəkdən qızıl olmaz

آزاد قوی اوغول عشقی طبیعتده بولونسونداغ – داشدا دوغولموش ده لی جیران حمیل اولماز

Azad qoy oğul, eşqi təbiətdə bulunsunDağ-daşda doğulmuş dəli ceyran həmil olmaz

انسان او دی توتسون بو ذلیل خلقین الیندنالله‌ی سئوَه‌ر سَه ، بئله انسان ذلیل اولماز

İnsan odu tutsun bu zəlil xalqın əlindənAllahı sevərsə, belə insan zəlil olmaz

چوخ دا کی سرابین سوتی وار یاغ – بالی واردیرباش عرشه ده چاتدیرسا ، سراب اردبیل اولماز

Çox da ki Sərabın südü var, yağ-balı vardırBaş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz

ملت غمی اولسا ، بو جوجوقلار چؤپه دؤنمه‌زاربابلاریمیزدان دا قارینلار طبیل اولماز

Millət qəmi olsa, bu cücələr çöpə dönməzƏrbablarımızdan da qarınlar təbil olmaz

دوز واختا دولار تاختا – طاباق ادویه ایلهاونداکی ننه م سانجیلانار زنجفیل اولماز

Düz vaxta dolar taxta-tabaq ədviyyə iləOndakı nənəm sancılanar zəncəfil olmaz

بو «شهریار»‌ین طبعی کیمی چیممه لی چشمهکوثر اولا بیلسه دئمیرم ، سلسبیل اولماز

Bu «Şəhriyar»ın təbi kimi çimməli çeşməKövsər ola bilsə demirəm, Səlsəbil olmaz

۱۳۴۸

1348

Əsl mətnGanjoor (yeni pəncərədə açılır)

QeydLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Tərcümə təklif edin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri