Vətən
Qafqaz qitəsidir mənim vətənim,Simürğün sayəsində məskənim.O məmləkətdə mən vücudə gəldim,Xalqıma qarşı sücudə gəldim.O yerdə kim, qara quşu, tərlanı –Adlanmışdır Qaf dağının sultanı.O yerdə kim, vardır qalın ormanlar,Dağlarında gəzir vəhşi ceyranlar.O yerdə kim göyün üzü şəffafdır,Çeşmələri qayət sərindir, safdır.Səfalıdır lətif abü havası,Ürək açar lacivərdi səması.Bulutlara dəyir uca dağları,Cənnət guşəsidir gözəl bağları.Çöllərində bitər əlvan çiçəklər.Fərəhlənir bütün tutqun ürəklər.Övladları qeyrətlidir, damarlı,Şücaətli, hünərli, etibarlı.Meyvəlidir ormanında ağaclar.Şaqqıldayır qırqovullar, turaclar.Cəh-cəh vurar çəməndə bülbülləri,Meh əsdikcə ətir saçar gülləri.O yerdə kim həmişə sərvü şümşad.Səbzü xürrəm yaşar xəzandan azad.Hər küncündə bir cür xəzinə yatmış,Torpağını xaliq qızıl yaratmış,Camedir hər cürə lətafətləri,Tamam etmiş həq onda nemətləri.Gözəl torpaq, gözəl ölkə, gözəl yer!Dünya üzrə bimislü bibədəl yer!Bu cür gözəl məmləkəti kim sevməz?Bunca firavan neməti kim sevməz?Mən vətəni canım kimi sevərəm,Ruhum, ətim, qanım kimi sevərəm.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-veten-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,
Füzulinin bir qəzəlini tərbiDərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.
Nitqi-mənzumQardaş, gözün aç, bircə oyan, gör nə zəmandır,Dünya üzü elm ilə bu gün rəşki-cənandır.
TohidBu nə heyrətfəza səmayi-rəfi?Bu nə biintəha fəzayi-vəsi?
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
AqavaLvovda görmüşdüm ilk dəfəo çiçək açmışdı, ağ çiçək.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Pozuldu rövnəqi-gül, əlri-gülüstan getdiPozuldu rövnəqi-gül, əlri-gülüstan getdi,Saraldı gülləri, əl çəkdi bağiban getdi.