Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!Bu canım sədəqədir, qaş-gözə qurban, gözəlim!Yaraşır bir baxışa kim, ala yüz can, gözəlim!Belə getsə, tez olur dillərə dastan, gözəlim!

Hərəkatü rəvişin qıldı səhi-sərvini pəst,Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,Laləni dağə salıb, rayin edib badəpərəst,Ey könül, qaş-göz ara sən nə gəzirsən belə məst?Yoxdu qorxum ki, ara yerdə tökə qan gözəlim!

Ey mələk, nurlu yüzün gündümü, ya bədri-tamam?Kim ki ruyindən olur məst, ona var badə həram.Pərdəsiz cilvələnib, nazilə ver qəddə qiyam,Küfr zülfin dağıdıb, məst çıxıb, eylə xüram,Bilələr, ta ki nədir küfrilə iman, gözəlim!

Bu qədü qamətinə ətləsü-xara yaraşır,Qaşların guşəsinə qətlimə ima yaraşır,Edə gər zində ləbin nitqi-Məsiha yaraşır,Səni hər kim ki görür, başına sevda yaraşır,Olu sərgəştəvü-divanəvü-heyran, gözəlim!

Gün ki hər sübh çıxar, dərgahma səcdə edər,Sərv rəftarə gələr, qılsa qədin bağə güzər,Qönçələr ağzın ilə qarşı dura, boynun əyər,Küfr zülfündə dolaşmış, Qaradaği, kafər!Desələr, ona müsəlman, olu böhtan, gözəlim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq