Fələyin bir belə dövrü olacağmış, nə bilim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Fələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?
Bitirib bağ salıb bir neçə güllər yetidim,Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?
Əl çəkib nakəsidən çərx elə nakəsimiş,Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim?
Aşiqə naz eyləmək adət olub mə’şuqə,Bu qədər naz eyliyib can alacağmış, nə bilim?
Bəslədim zülfü, dedim, başıma salsın sayə,Dolanıb boyna ilan tək çalacağmış, nə bilim?
Səltənət rütbəsini xar tutardım şahikən,Məni başdan ayağa qəm salacağmış, nə bilim?
Məqtə — şairin təxəllüsü olan son beyt. Ruzgarın dolanıb haləti bir özgə hala,Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim?
Kitabxana.az · https://kitabxana.az/works/hasenali-xan-qaradagi-feleyin-bir-bele-dovru-olacagmis-ne-bilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.
Əbrvəş meh yüzüna zülf salandə sayəƏbrvəş meh yüzüna zülf salandə sayə,Sanki, bir ay dutulub, şur düşür dünyayə.
Ey soran bəndən: "Nədür eşqi?", qoy aşiq tərkidəEy soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə,Vermiyə qəlbində yer eşqə, yolını bərkidə.
Hanı o yarə uyub, xəlvət etdiyim gecələrHanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
Başqa şairlərin şeirləri · Eşq
(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Tel üstündən başa taxmış çələng ol məhliqa güldənQəribə sərvdir, zinət veribdir yarpağa güldən.
Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər