Ey soran bəndən: «Nədür eşqi?», qoy aşiq tərkidə,Vermiyə qəlbində yer eşqə, yolını bərkidə.

Eşq vardur bir məcazi, bir həqiqi dəhrdə,Əvvəli bir yoldürür, axırkinə aşiq gedə.

Eşq xüllətdəndürür, xüllət məhəbbətdən, vəliEşqdən heyrət bulur eşq əhli daim əşkidə.

Ol biri eşqi-məcazidür, həqiqi, bu biri,Yə’ni, cismani biri, ruhani vardur biri də.

Necə ki, mə’rifət, təriqət, həm şəri’ət vardur,Bir həqiqət çun belə vardur, o də bu səpkidə.

Meylü zövqü şövq istər, ta məhəbbət var ola,Xülləti iradət bula eşqidə heyrət dəhridə.

Eşq də cəzbədürür, aşiq də caziblik, vəliMə’şuqi məczub derlər, var aşiq geridə.

Şad olsun, barilaha, eşqi-xoşsevda müdam,Var müalicü təbib cümlə illət diridə.

Eşqi-bican söylənür fürs dilində əşiqə,Əşiqə ləblab ərəbdə, sarməşüqdür türkidə.

Sarməşüq necə dolaşub zuri yetər təpkiyə,Eyliyür zəif, şilə eşq aşiqi istər edə.

Sarı rənglü, az xoraklu, az deyən, həm az yətan,Aşiqi eşq eyliyür bu növ’ gülməz dəhridə.

Həmmü ğəmmü ğüssələr var, möhnətü dərdü ələm,Aşiq içün hicrdə, hablə fikrü zikridə.

Aşiqin fikrü xəyalı daima mə’şuqdür,Yetməz ikən vəslinə var bu bəlalu bəhridə.

Yarü varin aşiqi, ya səbr, ya vəsl ixtiyar,Mümkin olsə eyləsün, olmasə dursun fikridə.

Eşqdəndür aşiqə bu yandurıcı istilik,Piltəsi yağ istəməz, odsız yanur var ömridə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bir mərəzdür, müxtəsər, eşq ariz olmuş aşiqə,Ey Qəradaği, əlacın göstərüblər mərgidə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq