Əbrvəş meh yüzüna zülf salandə sayə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əbrvəş meh yüzüna zülf salandə sayə,Sanki, bir ay dutulub, şur düşür dünyayə.
Düşsə bir tarı-telindən yüzina, Tarı bilür,Ləkələr zahir olar nəqs yetər ol ayə.
Gərçi İsa dəmi çox mürdələr əhya eyliyüb ,Özi əhya olu, gər yetsə dəmin İsayə.
Naz edüb fəxr qıla çərxə, bu yer kim, yeridür,Gəlməz ondə gəzünən mehrü məh üzlü sayə.
Yığılub dövrəsinə bir neçə dilbər, guya,Düxtəri-nə’ş alubdur cudeyi-ortayə.
Üzməzəm, Tarı bilür damənü vəslindən əlim,Gətürə Ruhüləmin gögdən əgər min ayə.
Varıdıq bundən əzəl biz nə gözəl həmxanə,İndi biganə sifət-göz təkiyük həmsayə.
Bən hara, eşq hara, dilbəri-məhruy hara,Nə yəman yerdə genə düşdi başım ğövğayə.
Baş çəküb aşiqdən beylə xüraman gəzmə,Salmə, ey sərv, məni mə’rəkeyi-kübrayə.
Sən hara, sərv hara, qaməti-mövzin hara,Bu xüramü gəzişin nisbəti yox tubayə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Görməmiş mehri-vəfa, cövrü cəfa çəkmək içün,Beylə zahir ki, Qəradaği, gəlüb dünyayə.
Kitabxana.az · https://kitabxana.az/works/hasenali-xan-qaradagi-ebrves-meh-yuzuna-zulf-salande-saye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Aşiq olan o türreyi-zülfi-müənbərAşiq olan o türreyi-zülfi-müənbər,Divanələr kimi düşər axırdə çöllərə.
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Bir ləhzə istəməm olasən dur, mən səniBir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.
Başqa şairlərin şeirləri · Eşq
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Uğur olsun, gülə-gülə…Ey istəyim, ey ürəyim, məhəbbətim,Heyf sənə, heyf sənə, heyf sənə…
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,