بطرف طره دستار زیبی بست یار از گلچه سروست این که دارد برگ از نسرین و بار از گل

چو غنچه صد گره بر رشته کارم فتاد از غمسوی گلزار رفتم بارها نگشود کار از گل

کشیدم سرمه در چشم از خاک کف پایشعجب آیینه دارم که می گیرد غبار از گل

قراری گر ندارد در چمن گل جای آن داردصبا بویی ز تو آورده و برده قرار از گل

مرا با داغهای تازه دارد عشق تو زانسانکه گرداند مزین خار را فصل بهار از گل

بگوش گل اگر گوید صبا وصف گل رویتز بلبل بیش خیزد ناله بی اختیار از گل

زد آن ابرو کمان صد تیر بر من وه چه بختست اینکسان از خار گل چینند و ما چیدیم خار از گل

Məqtə — şairin təxəllüsü olan son beyt. فضولی را چه سود از سیر گلشن بی گل رویتچو بر یاد تو او را می فزاید خار خار از گل

Tel üstündən başa taxmış çələng ol məhliqa güldən,Qəribə sərvdir, zinət veribdir yarpağa güldən.

Qəmindən can telində qönçənin yüz min düyün tutmuş,Əbəsdir umduğum gülşəndə dərdimə dəva güldən.

Ayağın torpağı, canan, gözümdə tutiya oldu,Əcəb bir güzgüdür kim tozlanıb aldı ziya güldən.

Təəccüb etmə, tutmazsa gülün gülşəndə aramı,Aparmış səbri də ətrilə birlikdə səba güldən.

Çəkibdir sinəmə eşqin yeni bir dağ dağ üstdən,Sanarsan yaz tikan əndamıma biçmiş qəba güldən.

O gül rüxsarının vəsfi gülün çatsa qulağına,Yəqin bülbüldən artıq yüksələr ərşə nəva güldən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Açılmaz könlümüz gülşəndə, gül rüxsarın olmazsa,Füzuli qəlbinə sənsiz batar xari-cəfa güldən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq