Nəvayi-aşiqanə
Yaran, bahar mövsümüdür, aşiq olmalı!Canan yolunda ölmək üçün şaiq olmalı!
Fəsli-bahar, mövsümi-gül, vəqti-badədir,Məşuqə xassə şux, cavan, türki-sadədir.Saqinin iltifatı bizimlə ziyadədir,Varkən bu fürsət əldə dəmi-istifadədir.Meyxarəlikdə qeyrilərə faiq olmalı!
Yarın çatıb gözəlliyi həddi-kəmalına,Minbəd səcdə etməli taqi-hilalına.Pərvanəva yanmalı şəmi-cəmalına,Zahid nə dersə, uymamalı qilü qalına.Can verməli, mey almalı, lap fasiq olmalı!
Dəmdir ki, şövqi-arizi-dilbərlə məst olaq,Dəmdir ki, bütləri unudub həqpərəst olaq.Dəmdir ki, “nisti” arayaq, ta ki, “həst” olaq,Dəmdir ki, cümlə vafii-əhdi-ələst olaq,Yaran! Öz əhdü vədimizə sadiq olmalı!
Məcnun kimi əlaiqi həp tərk etməli,Leyla tərəf ayaqla deyil, başla getməli.Əğyar cövrü görməli, töhmət eşitməli,Hər növ olsa hasili-canana yetməli.Ta bəzmi-vəslə girmək üçün layiq olmalı!
Çal, mütriba ki, vəqti-sürudü təranədir,Sən də oxu, müğənni, sözün aşiqanədir.Nəğmən bizi ayıltmağa yaxşı bəhanədir,Lakin zəmanə çünki fəna bir zəmanədir.Eyham ilə, kinayə ilə natiq olmalı!
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-nevayi-asiqane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səfalı bir mayıs axşamı... Günəşin qürubundan bir az sonra saf, laci-vərdi asimana ucalan qürsi-qəmərin əşieyi-simini sakin və müəttər bir
TənbəlÇox yatma, dur, a tənbəl,Yatsan olar iş əngəl.
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.
YazO gün ki, fəsli-yaz olar,Gecə, günüz taraz olar.
Başqa şairlərin şeirləri · Eşq
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram