Bir xoruz ilə bir zaman eşşəkKənd içində gəzirdilər tək-tək.Nagahan gördülər ki, bir aslanÜz qoyub kənd sarı gəlir qərran.Qorxudan saldılar xüruşü səda,Bir-birə dəydi kattavü koxa.Vəzü övzaı çünki gördü yamanQayıdıb qaçdı çöl sarı aslan.Belə görcək ulağ güman etdi:“Qorxdu məndən bu şir, qaçıb getdi”.Daha şövqündən olmadı rahət,Elədi şiri qovmağa cürət.Qayıdıb şir baxdı məstanə,Gördü eşşək gəlir diliranə.Güldü bir qədr onun səfahətinə,Dərkinə, fəhminə, fərasətinə.Tutdu, yıxdı yerə o nadanı.Yırtdı, cırdı, dağıtdı heyvanı.Dirilikdən olan zaman məyus.Anlayıb eşşək eylədi əfsus:...Gücümü mən bilə-bilə nahəq,Şirə qıldım hücum mən əhməq.Mən bilirdim bu aslanın hünərin,Çəkirəm indi səhvimin zərərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təzə şeir necə olmalıdır?

Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.

19052 dəq
Qara xəbər

Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:

19111 dəq
Sabir

Güldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,*Xəndə zən etmə məndə giryələri.*

191112 dəq
Sabirin tərcümeyi-halı

Mirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş:

9 dəq

Başqa şairlərin şeirləri