Qara xəbər
Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!
Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:
Sabir! Alimlər, ədiblər, şairlər öləndə sən onlar üçün mərsiyə yazardın, nitqlər söylərdin. İndi sənin üçün mərsiyə oxuyan yoxmu, əcəba? Xeyr, nə qədər ölməmişəm, səni yaddan çıxartmaram. Sən yaddan çıxmazsan, sən ölməmisən, sən aləmi-mənada dirisən. Bir milləti diriltməyə çalışan özü ölərmi? Yox, ölməz!
Sabir, az vaxtda millətimizə çox xidmət etdin. Sənin xidəmatına dair nitqlər oxunmadı, əyyami-həyatına dair məqalələr dinlənmədi, qırx səkkiz sənəlik bir ömrdə sabun tiyanının kənarında odlar-alovlar içində taqətfərsa zəhmətlərlə millətin üçün çalışdın, dövreyi-həyatın qayət mərarətli keçdi, yaşadığın mühitdən cismən, ruhən, bədənən cəfadən qeyri bir şey görmədin. İştə bu soyuq nəzmlərimlə sənə mərsiyəxan olacağam.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-qara-xeber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Namusi-rəayani çəkən hər ümərayə,Əlbəttə, dilü canla itaət gərək olsun.
YuxuZindan kimi, qəbir kimi qaranlıq –Bir gecəydi, hər şey, hər kəs yatmışdı.
Sual və cavab– Nə düşünməkdəsən, a divanə?Yenə bir uyku görmüsən, ya nə?
Yay səhəriOd tutub qırmızı atəşlə yenə yandı üfüq,Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Başqa şairlərin şeirləri
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm,Od çıxar ağzından, etməzmi həzər kim yanə şəm.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
PedtexnikumÖmrüm səfalətlərin dərin çuxurlarındaÖlgün vərəqlər kimi sürünən bir zamanda,