Namusi-rəayani çəkən hər ümərayə,Əlbəttə, dilü canla itaət gərək olsun.İnsanlara xidmət edən ərbabi-dühayə,Təkrim edilib şəni, riayət gərək olsun.

Onlar ki, bizə rahibəri-elmü ədəbdir,Şükraneyi-ehsanların ifa edərik biz.İnsanlara insanlığı təlimə səbəbdir,Həqdən olara ömr təmənna edərik biz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət