Yuxu
Zindan kimi, qəbir kimi qaranlıq –Bir gecəydi, hər şey, hər kəs yatmışdı.Çulğamışdı hər tərəfi dumanlıq,Aləm ölüm yuxusuna batmışdı.Bu zülmətdə mən müztərib, pərişan,Səsdən, işıqdan axtarırdım, nişan.
Birdən-birə bu sakitlik pozuldu,Oynaşdılar qan yağdıran bulutlar.Bir fırtına yox, bir qiyamət oldu.Düşdü şəhablar, ildırımlar, odlar.Mən qorxudan bihuş olub yıxıldım,Qəş aləmində bir tamaşa qıldım.
Gördüm ki, bir rəna çəmənlikdəyəm,Dörd yanımda var al-əlvan çiçəklər.Bənövşəlikdə, yasəmənlikdəyəm,Könül açır yavaş əsən küləklər.Uçur, qonur ağaclara bülbüllər,Əfşan-əfşan durmuş yaşıl sünbüllər.
Fəvvarələr atır, axır bulaqlar,Yeridiyim yollar parlaq, sədəfli,Açılmış güllər, göy, yaşıl zanbaqlar.Bir cənnətdir bu gülşən hər tərəfliHeyran-heyran bu yerdə seyr edirdim.Bilməyirdim vəli, hara gedirdim.
Yanımda bir pəri gördüm nagahan,Mənə lütfü nəvazişlər eylədi.Göstərdi bir tərəfdə bir sayəban:“Otur burda, bu yer sənindir” – dedi.Belə deyib qayib oldu nəzərdən,Mən o bağı seyr edirdim o yerdən.Hərçənd çox nəşəlidir məskənim,Yer, göy, ətrafım olmuşdu qərqi-nur.Nədənsə çırpınırdı könlüm mənim,Oturmuşdum mən o yerdə bihüzur.Çox keçmədən heç bilmirəm nə oldu,Birdən o dadlı mənzərə pozuldu.
Bir zülmatlı bulud qopdu şimaldan,Puç eylədi, dağıtdı ol cənnəti.Mən oyandım çox dəhşətlə o haldan.Xatirdəykən o yuxunun ləzzəti,Durdum gördüm işıqlanıb dan yeri,De: xeyr olsun bu yuxunun təbiri.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-yuxu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün qəmi-dövrandan usandı dili-zarım,Bir sahili-dəryayə tərəf düşdü güzarım.
Şamaxı zəlzələsiKeçmişdi keçən şəb gecədən bir neçə saət,Məhtab ilə olmuşdu cahan qərqi-lətafət.
DəvətArxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.Elm ilən hasil olur izzət, tapar millət nicat.
Nidayi-millət yaxud amali-vətənpərvəranəEy əhli-vətən, tərk eləyin büğzü ləcuci!Bir dəm arayın halımıza rahi-əlaci!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ayıran çoxmudur arifləri nadanlardan?Uzaq olmaq dilərəm maskalı insanlardan,
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,