Dəvət
Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.Elm ilən hasil olur izzət, tapar millət nicat.Səy edin ta bizlərə əhsənlər etsin kainat,Elmsiz ömr etmədən min dəfə ərcəhdir məmat.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!
Bax, əcanib bərrü bəhrə elm ilə sultan olub,Cəhlü qəflətlə vəli islam evi viran olub.Dideyi-dinpərvəran bu hala xunəfşan olub.Çarə axtarmaq gərək, həm əhdü həm peyman olub.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!
Bu qədər bəsdir təməddün gülşənində xar olaq,Dəm o dəmdir xabi-qəflətdən dəxi bidar olaq,Tərk edək həm ixtilafü iftiraqı, yar olaq,Bu vətən evladının əhvalına qəmxar olaq.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!
Arxadaşlar! Çox fənadır aşikara halımız,Qəmfəza bir mənzərə ərz eylər istiqbalımız.Payimal olluq bu növ keçsə gər əhvalımız,Babi-məktəbdən olur hasil qamu amalımız.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!
Vaqif olmaqlıq gərəkdir ehtiyaci-millətə,Ariz olmuş dürlü afətlər mizaci-millətə,Səhhət istərsən əgər, səy et əlaci-millətə,Elmdir, billahi, mucid ibtihaci-millətə.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-devet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey möhtərəm qarelərim! Topladığım bu əşar,Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır.
Tərcümeyi-halım yaxud hululuEşq zənciri qırıldı, yol açın,Ey uşaqlar, hululu gəldi qaçın.
Bəyani-halKeçmişdə süxənvərani-agah,Olmuş nüdəmayi-məclisi-şah.
ŞikayətDersəm mən əgər süxən zəmani –Kim, mərifətin rəvacı yoxdur.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Fəsad ilə dolu göylər edərkən tərsinə dövran,Tükənməz qəmdən olmuşdu könül-dərdli, ürək-nalan.
ای دل اینجا کوی جانان است از جان دم مزناز دل و جان جهان در پیش جانان دم مزن
GərəkKufə əhli bihəyalar şərmi, həyanı atdılar,Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,