Gərək
Kufə əhli bihəyalar şərmi, həyanı atdılar,Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.Qazılara rüşvət verib, şəri batil etdilər,Bu divan ki, divan deyil, ədalət divan gərək.
Axşam olcağın məşriqdə batdı şəms, doğdu qəmər,Yer üzünə qülqülə düşdü ki, ta oldu səhər.Ağlım itirdim, əlim titrər, göz ağlar, sər əsər,Pirim girib ol niqabə, getməyəydi cavan gərək.
Gərək biçarə Qurbani, sən bu cəbrə dözəsən,Əl uzadıb o yasəmən bağdan bir gül üzəsən.Yaşın yetirdin əlliyə, indi üz tut yüzə sən,Əslimiz türabdəndir, məskənimiz kan gərək.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-gerek-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Obalarmız səf-səf olub yüklənir,Başı ala qarlı dağlar, qal indi.
نه چرخ دیده نه سیاره از بدایت حسنملک صفت بشری چون تو در نهایت حسن
Qəzəl: Zəxmi-tiğin xalqdan biyhudə yaşırmış könülZəxmi-tiğin xalqdan biyhudə yaşırmış könül,Mümkün olmaz etməyə ol qönçə sirabi gül
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.