Xal-xala
Yazıcılar yazıları yazanda,Bizim də yazını yazdı xal-xala.Cəfa çəkdim, can çürütdüm, yar sevdim,İnsafdırmı, mən almayam, xalx ala?
Göydə bir ulduz var, adı Talıbdı,Sən gözəlin dərdi məni alıbdı.Əlimi sinəndə şahmar çalıbdı,Dərman dedim, buyurdular xalxala.
Qurbaniyəm, mən də bir tağ yetirdim,Onun suyun dağdan, daşdan gətirdim.Zəhmət çəkdim, tər şəmamə yetirdim,İnsafdırmı, şəmaməni xal xala?
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-xal-xala
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Yaşadar könlümü ilham, qarışar şerə başı,Yaşayar şair olan kəslər, öləndən sonra!
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Boyalı dilbərMən dağlar çiçəyi deyərdim sənə,İndi sən olmusan boyalı dilbər.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*