Dedilər
Yatmışdım, üstümə gəldi ərənlər,Oğlan, nə yatmısan, oyan dedilər.Düldülün sahibi, Qəmbər ağası,Budur, ona Şahi-Mərdan dedilər.
Oyandım qəflətdən, açdım gözümü,Ərənlər payinə sürtdüm üzümü,Dindirdilər, haq söylədim sözümü,Hər kəlməmə doxsan bəyan dedilər.
Qurbani, batıbsan qəm dəryasına,Ovçunun məskəni dağ arxasına,Bir sığal verdilər gönül pasına,Aşiqi məşuqa qurban dedilər.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-dediler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Dilbəra, hüsnini sane afitab etmiş durur
Dilbəra, hüsnini sane afitab etmiş durur,Bilməzəm neçün gözümdən dər hicab etmiş durur.
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Dərdinlə qəmin könlümə olmuş qismətArzunla ürək göynədi həsrət-həsrət.