Dedim bəlidi
....................................................
Oturmuşdum Təktüklünün başında,Ocaq qırağında, pirin tuşunda,Mana badə verdilər səfər ayının beşində,Aldım nuş eylədim, dedim "bəli"di.
Şair idim, şairliyimi bilmirdim,Ağlayırdım, göz yaşımı silmirdim,İndiyədək ustadımı bilmirdim,İndi bildim Şahi-Mərdan Əlidi.
....................................................
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-dedim-belidi
← → düymələri ilə keçid, R — təsadüfi şeir