…………………………………………………………………………………………………………………………………………

Bayram olur, xına yaxır dəstinə,Gül göndərir həmdəminə, dostuna...Naşı təbib, gəlmə yaram üstünə,Özü gəlsin – məni dərdə salan yar.

Yüz il keçsə, öz yarımdan dönmərəm,İlqar verdim, ilqarımı danmaram.Ləblərindən əmməyincə qanmaram,Eşq əlindən saralıban solan yar!

Gəl sana söyləyim pünhan dərdimi...Bağında gülləri saran xardımı?Biz deyən yox, əğyar deyən oldumu,Nurdan badə içib eşqə dalan yar!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq