Haq-taala könlündə fikir eylədi,Əzəl başdan bu dünyanı yaratdı.Öz adı bir ikən həzar eylədi,Çəkdi sudan öz eyvanın yaratdı.

Haq-taala qoyub ədalət divan,Yoluyla getməyən olar bədgüman,Aləmə çırovqan,1 ulduza düşmanAyı, günü, şiraslanı yaratdı.

Qurbani qurbandı haqqın özünə,Gecə-gündüz yuxu getməz gözünə.Pərdəsi çəkilib ərşin üzünə,Göylər bulud, ol dumanı yaratdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq