Yeridi
Ey ariflər, eynim yaş ilə doldu,Sel-sel oldu, üzüm üstə yeridi.Aləmi-röyada gördüm camalın,Elə bildim mələklərin biridi.
Qızıl gülü dəstə-dəstə dərəm mən,Dərib-dərib pünhan yerə sərəm mən,Əhdim budu, bir də yarı görəm mən,Gözüm gözlərinin intizarıdı.
Əzəl başdan belə yazıldı yazı,Şirindi söhbəti, şirindi sazı,Gəncə şəhərində Ziyad xan qızı,Qurbanini oda salan Pəridi.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-yeridi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mollanın
Ay hazarat, ar etmirəm deməyə,Çatıbdır yalanı dizə, mollanın.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Sevdiyim(Azərbaycanın bayrağına)Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə