Yetişdim
Laməkan şəhrindən gəldim cana mən,Canlar əhli bir canana yetişdim.Əldən-ələ, qabdan-qaba süzüldüm,Qətrə idim, bir ümmana yetişdim.
Bir gözəlin ələyindən ələndim,Bəli dedim, bəlasma bələndim,Yeri, göyü yaradandan diləndim,Gövhəri axtardım, kana yetişdim.
Qurbani der: göz gözlədim, göz aldım,Səmağ oldum, ağılmənddən söz aldım,Düz tərpəndim, mərufumu tez aldım,Ədəb gördüm, yol-ərkana yetişdim.
Kitabxana.az · https://kitabxana.az/works/qurbani-yetisdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Mən istərəm bu meydanda nər indi
Ay ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsiVaqif**Ey Vidadi, sənin bu puç dünyada
TapmadımEy ağalar, bəylər, cəm olan xanlar,Nalım kimi ah u zarı tapmadım,