Yaşadar könlümü ilham, qarışar şerə başı,Yaşayar şair olan kəslər, öləndən sonra!

Yurd olar daima dünyada sevinci, təlaşı,Ulus, eşqiylə onu bəslər, öləndən sonra.

Sağlığında gülər ovqatı, çatıldıqca qaşı,Ona aşiqlər onu səslər, öləndən sonra.

Yaşayar xatirələrdə ulularla yanaşıRuhu, vicdanı müqəddəslər, öləndən sonra.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq