Yaralı quşun fəryadı
Mən nəğməli bir quş idim,Bir gülə vurulmuş idim,Yay kimi qurulmuş idim,Qırıldı kamanım mənim.
Top qurub, aman, tutdular,Tutdular, yaman tutdular,Mənə bir divan tutdular,Kəsildi gümanım mənim.
Yandı canım dar qəfəsdə,Gözüm yolda, könlüm səsdə,Günəş doğarmı məhbəsdə?Çökdü asimanım mənim.
Ayrıldım könüldaşımdan,İldırım çaxdı başımdan,Qasırğalı gözyaşımdanDağıldı limanım mənim.
Səsim batdı hayım kimi,Dedim: vay yox, vayım kimi.Kimi haraylayım, kimi?Kim olar loğmanım mənim?!
Gəlib bağrımı yardılar,Qanadlarımı qardılar,Azadlığa çıxardılar,Yaxıldı imanım mənim.
Hayana vardım, olmadı,Ahıma yardım olmadı,Kimə yalvardım, olmadı,Olmadı amanım mənim.
Qanadlarımı qaralı,Yaralıyam mən, yaralı,Yarı canımdan aralıTapılmaz dərmanım mənim.
Necə qanım qaralmasın,Oylağımı qar almasın,Qəlbimi qübar almasın,Çəkilməz dumanım mənim?!
Yaralı quşun fəryadı,Titrədər doğmanı, yadı,Dünyadan gözüm doymadı,Pozuldu zamanım mənim.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yarali-qusun-feryadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Duyğuları sazaq olan,Hissləri his-pasaq olan,
Mərdlər, namərdlərDünyadakı dərdləriÇəkər dünya mərdləri.
Könül qürbət elə yar ola bilməzKönül qürbət elə yar ola bilməz,Qəribin ürəyi bir yumaq kimi.
Sevda bulağından su içər şairin ömrüSevda bulağından su içər şairin ömrü,Sevməklə, sevilməklə keçər şairin ömrü.
Başqa şairlərin şeirləri
Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə,Yanar əflak könüldən çəkilən ahlərə.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Sərhədçinin düşüncələriAy göylərə keşik çəkir,Mən – yurdumun növrağına.