Göz yaşım vermə qəmi-ahi-səhərgahlərə,Yanar əflak könüldən çəkilən ahlərə.Qoyma xali gözümi şəm'i-rüxün əksindən,Qoysalar eyb degil şəm nəzərgahlərə.Qeyr tutdu ətəgin saidini öpmək üçün,Dövlət əl verməsə yeg himməti kütahlərə.Dərdi-dil xublərə hacəti-izhar degil,Ərzi-hal eyləmə sən səngi-dil agahlərə.Sadiqi, söyləmə zöhhadə qədəh keyfini sən,Rəhi-meyxanəni göstərmə bu gümrahlərə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri