Durna
Ey havada uçan durna,Bizi qoyub qaçan durna,Get, xoş gəldin, səfa gəldin,Gələcəksən haçan, durna?Göy çəməndə gəzən durna,Su üstündə süzən durna,Gəl, bir gözüm görsün səni,Al, yaşıla bəzən, durna!Getmə-getmə, gözüm durna!Sənə var bir sözüm durna!Sən gedəndə necə səninHəsrətinə dözüm durna?!
Kitabxana.az · https://kitabxana.az/works/resid-efendiyev-durna
← → düymələri ilə keçid, R — təsadüfi şeir