Olunca
Yurda arxalanıb, ulusa uydum,Çocuqluq çağım keçmiş olunca.Soylu ozanların sazını duydum,Şeir bulağından içmiş olunca.
Yaxına qoymadım saxtakarları,Duyğusu korları, hissi karları,Səslədim ərdəmli sənətkarları,İncini kəsəkdən seçmiş olunca.
Nəsillər dönəcək bizim çağlara,Ağa ağ deyəcək, qaraya qara,Bugünkü ərlərə çatacaq sıra,Bugünlər bir uzaq keçmiş olunca.
Yaracaq zülməti parlaq ağıllar,Gündüzə çıxacaq gözəl cığırlar,Sənət gülşənində köklü oğullarKöksüz alaqları biçmiş olunca.
Ey Zəka, yalanlar silinəcəkdir,Zaman xəlbir kimi ələnəcəkdir,Sənin də kimliyin bilinəcəkdir,Sən gidi dünyadan, köçmüş, olunca.
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-olunca
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çirkinliyi pisləməyən olubmu?Gözəlliyi pisləyəni kim görüb?!
Ulu yurddan ulu ilhamını almış könlümUlu yurddan ulu ilhamını almış könlüm,Bir ulus yurda ömürlərcə nəfəs verməzmi?!
Ulusum adlı-sanlı ordumdurUlusum adlı-sanlı ordumdur,Ulu yurdumdan almışam ilham.
Gözüm gülər ana yurda baxıncaGözüm gülər ana yurda baxınca,Doğma ulus türküləri səsimdir.
Başqa şairlərin şeirləri
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm