Oxucularıma
Ey möhtərəm qarelərim! Topladığım bu əşar,Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır.Mötərifəm ifadəcə, onda pək çox nöqsan var.Divanəlik asarıdır, məsulluqdan azaddır.
Zira könlüm həvəslərin pəncəsində zəbundur.Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur.Əvət, soyuq bir əsərdir, məmnun etməz heç kəsi,Soyuqluqdan ancaq mənim xatirimi yandırır.
Toxunmadan sızıltılı çıxan həzin naləsi,Əldən düşmüş bir “Sınıq saz” olduğunu andırır.Düşündükcə mən şerimin soyuqluğun gizlicə –Çox ağlaram, odlu, yanar ürək ilə hər gecə.
Ağlım çatmaz, zehnim yetməz, ruhum fəryad qoparar.Vicdanımı əzər ikən ən dəhşətli həqayiq.Uyku görmüş bir lalam mən, aləm əhli bütün kar,Söyləməkdən mən acizəm, dinləməkdən xəlayiq.
Mən sakitlik bacarmaram, yox, xaric əz-imkandır.Məğzimdəki cünun dağı çün bir yanar vulkandır.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-oxucularima
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
Bülbül olgıl ki bir güle iresinBülbül olgıl ki bir güle iresinAğlayu isde ki güle iresin
Kamala yetəkGəl ana torpağım! Gəl məni dinlə,Mən sənin qəlbindən qopan bir səsəm.