Sabir
Sabir, ey alami-xəlqə tərcüman!Ey hər anda kasə-kasə zəhr udan!Ey qoca bir qövmə ağlarkən gülən,Naləsilə xalqı dağlarkən gülən.
Gülməyində qanlı-qanlı giryələrHər müsəlman könlünü məhzun edər.Qəm sənə ol qədr təsir eyləmiş,Giryəni hüznün gilovgir eyləmiş.
Bir acı gülmək olub ondan əyan,Kəsrəti-alamını eylər bəyan.Şeirdə tərhi-növ icad eylədin,Qoqolu, hüqoları yad eylədin.
İqtidari-şairanən faşdır,Sən günəşsən, hasidin xəffaşdır.Etmərəm qaib səvadi-naməni,Ruhbəxş asari-novki-xaməni.
Xatirim şerinlə şirinkamdır,Layiqi-təqdiri-xassü amdır.Tərzü üslubi-bəyanın sadədir,Cəzbi-qəlb etməkliyə amadədir.
Xassdır bu şiveyi-rövşən sənə,Mərhəbalar, Sabirim, əhsən sənə!Ey mücəssəm duyğu, ey ülvi bəşər,Ey çamurluq içrə düşmüş saf zər.
Tənü lən eylərsə hər nadan sənə,Ya müsaid olmasa dövran sənə.Qəm yemə, təxfif ver alamına,Az çəkər, heykəl yaparlar namına.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-sabir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.
Qara xəbərEy qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:
SabirGüldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,*Xəndə zən etmə məndə giryələri.*
Sabirin tərcümeyi-halıMirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş:
Başqa şairlərin şeirləri
Ey sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Bir deyənBir deyən yoxdur, ey xudavənda,Bu bədən qurquşundu, ya misdi?
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,